Zaman…

Nədir bu zaman?
Yaman bir oğrudur zaman… Hər kəsin bir şeylərini qısqanan və hər kəsdən bir şeylər oğurlayan. Uşaqlığımızı, sevinclərimizi, ümidlərimizi, xülyalarımızı,sevdiklərimizi. Hiyləgər kimi əlimizdən alan, üsyankar bir uşaqdır zaman…
Keçməsini istəyərsən heç keçmək bilməz. Bəzən də dayan deyərsən qulaq asmaz. Heç bir şeyi və heç kimi vecinə almaz. Özbaşınadır.
Bəzilərinə dərmandır zaman. Yaşananların və yaşanmayanların. Ağrısını unutduran,ürəklərdə açılan yaralara məlhəmdir zaman.
Zamanla alışarsan,zaman hər şeyin dərmanıdır,zamanla keçər deyərlər.
Bir xəstəyə dərmandırmı? Yoxsa zəhərdirmi zaman?
Bəzi dərdləri daha çox deşməkdi zaman. Müəllimdir zaman -Dərs verər, həyatı tanıyarsan, təcrübə qazanarsan, insanlara güvənməyi öyrənərsən.
Dost və düşmən zamanla qazanılar… Gerçəklər zamanla aydın olar.
Amma o… Bizə qalib gələr, bizləri udar, bəzən qisas alar zaman,bəzilərinə tərs gəlir zaman.
Sevgililərin və sevginin baş tacı edildiyi, həyatın həmişə bahar təzəliyində yaşandığı..
Zamanlar!!! bəzən ayrılıqlara səbəb, bəzən amansız ayrılıqlarda logman, bəzən gun uzunu bitməyən saatlar, özləm həsrətləri
bəzən bir göz qırpımında yaşanan anlar…
Zaman o mənlə heç vaxt dost olmayıb…
o qaçışda mənsə bu marafonda geriləməkdəyəm
onunla yarışmaga çalışsam belə faydasız, o həmişə bir addım məndən irəlidədi…

Bir şərh yazın