Turşu yağışları

Turşu yağışı- havanın çirklənməsindən əmələ gələn ən ciddi problemlərdən biridir. Turşu yağışının mənbəyi turşu maddələridir. Bu maddələr elektrostansiyalarda, zavodlarda, metaləritmə peçlərində və nəqliyyaqtlarda yandırılan yanacaqlardan havaya qalxan tüstülərdir. Bu maddələr insan fəaliyyətinin nəticəsidir. Təbiətdə də turşu maddələrinin mənbəyi var. Bu maddələr təbiətdə ildırım çaxanda, vulkan püskürməsi və bakteriyaların həyat fəaliyyəti nəticəsində əmələ gəlir. Təbii mənbələrdən yaranmış turşuların ətraf mühitə təsiri azdır. İnsan fəaliyyətindən yaranmış turşu maddələrin təsiri təbiətə həddindən artıq ziyan vurur. Turşu maddələr necə zərər verir? Siz zavodların borularından havaya qalxan tüstüləri görmüsünüzmü? Onlar havaya toz, kül, karbon qazı, kükürd və kükürd qazı, azot oksidi kimi zəhərli maddələr yayır. Bu maddələr su ilə birləşdikdə xoşagəlməz və təhlükəli maye əmələ gəlir. Bu cür turşu tərkibli mayeni parça üzərinə damızdırsaq parçanı deşər. Ələ düşsə yandırar. Atmosferə qalxan karbon qazı, kükürd və azot oksidi havada buludlarla qarşılaşır. Buludun tərkibi su olduğundan onların birləşməsindən böyük bir turşu tərkibli bulud əmələ gəlir. Küləyin təsirindən zavoddan uzaqlaşan buludlar haradasa yağmağa başlayacaq. Insanlar bu yağışlardan gizlənə bilər. Bəs bitkilər və heyvanlar necə? Belə yağışların təsirindən meşə və meşə sakinləri məhv olur. Yağış suları çaylara, çaylar da göllərə, dənizlərə axır. Bunu nəticəsində suda yaşayan canlılar da məhv olur.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: